Polşa NATO habını bağlayacağı ilə hədələyib | VİDEO

   Polşa NATO habını bağlayacağı ilə hədələyib    | VİDEO
  10 İyul 2025    Oxunub:1080
Polşanın prezidenti Anjey Duda bir sıra YouTube-kanallara müsahibəsində Ukraynaya hərbi yardım üzrə ölkə ərazisindəki habın bağlana biləcəyini istisna etməyib.
AzVision.az xəbər verir ki, Anjey Duda Ukraynanın və bəzi NATO üzvlərinin Polşadakı “Jeşuve” aeroportunu və magistral yolları öz mülkləri hesab etdiklərinə diqqət çəkib.

“Bağışlayın. Bu, onların deyil. Bizimdir. Bu baxımdan, kiminsə xoşuna gəlməyən bir şey varsa, onu bağlayıb yola salırıq. Bizdə təmir gedir”, - Polşa prezidenti deyib.

Duda bildirib ki, əgər alyans üzrə müttəfiqləri Polşaya etinasız yanaşsalar, onlar Kiyevə dəniz, hava və ya paraşütlə yardım çatdıra bilərlər. Onun sözlərinə görə, Ukraynaya hərbi dəstək məsələsinin müzakirə edildiyi bir neçə tədbirə dəvət olunmadığı üçün inciyib.

- Bizi çox mühüm beynəlxalq tədbirlərə, o cümlədən bizim ərazimiz vasitəsilə Ukraynaya yardımın çatdırılması ilə bağlı qərarların qəbul olunduğu tədbirlərə dəvət etmədilər. Hesab edirəm ki, bu, qalmaqaldır”, - Polşa lideri vurğulayıb.

Anjey Duda həmçinin “müəyyən anda” blokun Vilnüsdə keçirilən sammitinin qərarının “müəyyən bir fraqmentinin” qəbul olunmasına imkan vermədiyini də xatırladıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   NATO  



Xəbər lenti